Avtomobillə vurulan piyada xəstəxanada öldü

  31 Oktyabr 2019    Oxunub : 617
Avtomobillə vurulan piyada xəstəxanada öldü
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, oktyabrın 30-da saat 1 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini M.Kərimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Ülvi Vəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Abşeron   Piyada   Qəza