“Rusiya analoqu olmayan silahlara sahibdir” - Putindən güc nümayişi

  06 Noyabr 2019    Oxunub : 1431
 “Rusiya analoqu olmayan silahlara sahibdir” - Putindən güc nümayişi
Rusiya dünyada analoqu olmayan silahlara sahibdir. Lakin bunlardan heç kimə təhdid kimi istifadə olunmayacaq.

Azvision.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin zabitlər və prokrorların yüksək vəzifələrə təyin edilməsi və onlara ən yüksək hərbi (xüsusi) rütbələrin verilməsi münasibətilə təşkil edilən görüşdə deyib.
Putin qeyd edib ki, Rusiya gələcəkdə müdafiə potensialını artıracaq, o cümlədən digər ölkələrdə hələ də mövcud olmayan hipersonik, lazer və digər müasir silahların ən son sistemlərini hazırlayacaq.

Onun sözlərinə görə, Rusiyanın yeni silahlara sahib olması, başqa dövlətlərə qarşı təhdid kimi qəbul edilə bilməz.

Azvision.az

Teqlər: Rusiya   Putin