İki uşağın üstünə qaynar su tökülüb

İki uşağın üstünə qaynar su tökülüb
  21 Noyabr 2019    Oxunub:3446
Bakıda ikisi azyaşlı olmaqla 3 nəfər yanıq xəsarətləri alıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, hadisə Xəzər rayonu, Binə südçülük sovxozunda qeydə alınıb. Belə ki, hər üç şəxsin üzərinə qaynar su tökülüb.

"Yanıq xəsarəti alan 3 nəfər barədə məlumat təcili yardıma saat 22.32-də daxil olub. Xəzər rayonu, Binə südçülük sovxozuna gələn həkim briqadası yanıq xəsarətləri alan 32 yaşlı qadını, 3 yaşlı oğlanı və 5 yaşlı qızı 5 saylı Xəstəxananın Yanıq şöbəsinə çatdırıb. Həkimlər onlara aşağı ətrafların 2-ci və 3-cü dərəcəli termiki yanığı diaqnozu qoyublar",- deyə nazirliyin məlumatında qeyd olunub.

Azvision.az



Teqlər: Yanıq   Xəsarət   Bakı  





Xəbər lenti