Tərtərdə yol qəzası - Maşın parçalandı, 2 nəfər öldü

  23 Noyabr 2019    Oxunub : 1647
 Tərtərdə yol qəzası - Maşın parçalandı, 2 nəfər öldü
Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib.
Azvision.az -ın məlumata görə, rayonun Azadqaraqoyunlu kəndi ərazisində Xocavənd rayon sakini Rac Zeynalov idarə etdiyi “VAZ-2101” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. 

Qəza nəticəsində sürücü və sərnişinlərindən Qaynaq kənd sakini Mahrux Məmmədova hadisə yerində ölüb, digər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Tərtər   Qəza   Maşın