Göyçayda oğurluq edən şəxslər saxlanılıb

Göyçayda oğurluq edən şəxslər saxlanılıb
  26 Noyabr 2019    Oxunub:2365
MMC-lərdən birinin direktoru Göyçay Rayon Polis Şöbəsinə müraciət edərək 650 metr uzunluğu olan aliminium naqilin naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxslərin Kürdəmir rayon sakinləri A.Abdullayev, Y.Atayev və A.Abdurahmanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Göyçay   Oğurluq  





Xəbər lenti