Suraxanıda ev yanıb

Suraxanıda ev yanıb
  27 Noyabr 2019    Oxunub:2044
Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, rayonda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: Yanğın   FHN  





Xəbər lenti