“Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq” - YAP-ın sədr müavini

  28 Noyabr 2019    Oxunub : 6197
 “Növbəti parlamentdə gənclərdən ibarət korpus formalaşacaq” - YAP-ın sədr müavini
Növbəti parlament seçkilərində gənclərdən ibarət deputat korpusunun formalaşması bizim diqqətimizdə olacaq.
Azvision.az -ın məlumatına görə, bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, parlamentə xalqı layiqli təmsil edən insanlar cəlb ediləcək:

“Çalışacağıq ki, parlamentə xalqı layiqincə təmsil edən gəncləri önə çəkək. Yeni Azərbaycan Partiyasından nə qədər insanın parlamentdə təmsil olunması xalqın seçimindən asılı olacaq. Biz çalışacağıq vətəndaşları inandıraq ki, YAP üzvləri parlamentdə onları layiqincə təmsil edəcək”.

Ə.Əhmədov vurğulayıb ki, parlamentin buraxılmasında qeyri-adi nəsə axtarmağa ehtiyac yoxdur. Burada söhbət Azərbaycanda həyata keçirilən islahatların daha əhatəli olmasından gedir: "Dünyanın bütün ölkələrində növbədənkənar parlament seçkiləri keçirilir”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: YAP   Parlament