“Qurultayın keçirilməsinə ehtiyac yaranmayıb” - Əli Əhmədov

  28 Noyabr 2019    Oxunub : 1512
 “Qurultayın keçirilməsinə ehtiyac yaranmayıb” - Əli Əhmədov
Yeni Azərbaycan Partiyasının (YAP) bu günə qədər olan praktikasına əsasən, parlament seçkiləri ilə bağlı hər hansı qurultay keçirilməsinə zəruri ehtiyac yaranmayıb.
Azvision.az -ın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ə.Əhmədov vurğulayıb ki, YAP-ın qərar qəbuletmə strukturları var: "Layiqli namizədləri müəyyənləşdirmək əsasdır. Hər bir seçkinin taleyini, çox sayda üzvümüzün təmsil olunmasını seçicilərimiz müəyyənləşdirəcək. Seçiciləri inandırmaq lazımdır ki, onların maraqlarını və mənafelərini daha yaxşı təmin edə bilərik”.

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: YAP   Qurultay