“Qarabağ” “Sevilya”ya uduzdu - Yenilənib

  29 Noyabr 2019    Oxunub : 4665
 “Qarabağ” “Sevilya”ya uduzdu - Yenilənib
UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunlarına start verilib.
Azvision.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” növbəti görüşünə çıxıb. Ağdam klubu səfərdə İspaniya təmsilçisi “Sevilya”nın qonağı olub.

“Xuan Sançes Pisxuan” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edib.

Azvision.az

Teqlər: Qarabağ