Narkotikin təsiri altında avtobus idarə edən sürücü saxlanıldı - FOTO

  29 Noyabr 2019    Oxunub : 1744
Narkotikin təsiri altında avtobus idarə edən sürücü saxlanıldı - FOTO
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında rayon ərazisində Bakı-Astara marşrutu üzrə işləyən, Saylan şəhər sakini Ədalət Əliyevin idarə etdiyi “Temza” markalı, 10-TG-546 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, sürücü Ədalət Əliyev tibbi müayinəyə dəvət edilib. Müayinə zamanı Ə. Əliyevin sərnişin dolu avtobusu narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olub.



Astara RPŞ-yə gətirilən Ə. Əliyevin üzərinə keçirilən baxış zamanı bir bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı Astara Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır.



Azvision.az

Teqlər: DİN   Narkotik