Azərbaycana Ermənistan məhsulu keçirmək istədilər

  29 Noyabr 2019    Oxunub : 2810
 Azərbaycana Ermənistan məhsulu keçirmək istədilər
Son iki il ərzində "Astara" gömrük postundan iki dəfə erməni mənşəli məhsulun Azərbaycana keçirilmə cəhdinin qarşısı alınıb.

Azvision.az verir ki, bunu "Astara" gömrük postunun rəisi, gömrük xidməti mayoru Habil Mehdiyev bildirib. Onun sözlərinə görə, həmin şəxslər İran vətəndaşları olub.
"Bir erməni istehsalı olan siqaret, digəri isə nərd taxtasıdır. Hər ikisinin üzərində Ermənistan istehsalı olduğu qeyd edildiyindən məhsullar məhv edilib".

Anar Kəlbiyev
Azvision.az

Teqlər: DGK