AQTA tələbələrin zəhərlənməsini araşdırır

  30 Noyabr 2019    Oxunub : 1305
AQTA tələbələrin zəhərlənməsini araşdırır
Azərbaycan Qida Təhlukəsizliyi Agentliyi (AQTA) Nizami rayonu, NZS qəsəbəsində iki tələbənin zəhərlənməsi ilə bağlı məlumat yayıb.
AQTA-dan Azvision.az -a bildirilib ki, zəhərlənmə ehtimalı barədə məlumat agentliyə daxil olduqdan dərhal sonra qurumun əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

"İlkin məlumatda tələbələrin ev şəraitində hazırlanmış turşulardan istifadə etdiyi bildirilir. Hazırda müvafiq qurumlarla birgə hadisənin baş vermə səbəbləri, qida zəhərlənməsi olub-olmaması istiqamətində araşdırma aparılır. Araşdırmaların yekun nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək".

Azvision.az

Teqlər: AQTA