Azərbaycanın hərbi qulluqçusu vəfat edib

  04 Dekabr 2019    Oxunub : 1123
 Azərbaycanın hərbi qulluqçusu vəfat edib
Azərbaycanın hərbi qulluqçusu, kapitan Abbas Məlikzadə vəfat edib.

Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib.
Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyyə edilərkən yolda keçinib. Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azvision.az

Teqlər: Hərbiqulluqçu