Ağdamda partlayış: 1 nəfər yaralandı

Ağdamda partlayış:  1 nəfər yaralandı
  11 Dekabr 2019    Oxunub:4551
Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 80 m²olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Azvision.az


Teqlər: Ağdam   Yanğın  





Xəbər lenti