DSX narkotik qaçaqmalçılığının qarşısını aldı - FOTO

   DSX narkotik qaçaqmalçılığının qarşısını aldı -    FOTO
  11 Dekabr 2019    Oxunub:2499
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısını alıb.
DSX-nin mətbuat mərkəzindən Azvision.az -a verilən məlumata görə, dekabrın 8-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Sütəmurdov kəndinin ərazisində DSX əməkdaşları özlərini şübhəli aparan “Mersedes-Benz Viano” markalı 99-SC-230 dövlət nömrə nişanlı avtomobildə olan iki nəfəri saxlayıblar. Həmin şəxslərin üzərilərinə baxış zamanı ümumi çəkisi 4 kiloqram 750 qram (3 kiloqram tiryək, 1 kiloqram heroin, 750 qram metamfetamin və 2680 ədəd “Metadon - 40” markalı həbb) narkotik vasitə aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərin Lənkəran rayon sakinləri 1979-cu il təvəllüdlü Məmmədov Səyavuş Ramiz oğlu və 1977-ci il təvəllüdlü Abdullayev Fariz Şaban oğlu olmaları, S.Məmmədovun əvvəllər narkotik vasitələrin istifadəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.

Fakt üzrə başlanılmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azvision.az



Teqlər: DSX   Narkotik  





Xəbər lenti