Özünü polis kimi təqdim edən dələduz tutuldu

Özünü polis kimi təqdim edən dələduz tutuldu
  14 Dekabr 2019    Oxunub:4139
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini Vasif Haqverdiyev saxlanılıb.

Araşdırmalar zamanı V. Haqverdiyevin özünü polis əməkdaşı kimi təqdim edərək Yevlax rayon sakini olan qadından üzləşdiyi bir problemi həll edəcəyi vədi ilə ayrı-ayrı vaxtlarda 750 manat dəyərində qızıl boyunbağı və əlavə olaraq 200 manat nəğd pul alaraq aldatması müəyyən edilib.

Həmçinin onun müxtəlif vaxtlarda Mingəçevir, Yevlax, Bərdə, Zərdab və Balakən rayonları ərazilərində də analoji cinayətlər törətdiyi istisna edilmir. DİN həmin şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşların “102” Zəng Mərkəzinə, həmçinin Yevlax RPŞ-yə və ya şəhər telefonlarından (02233) 6-45-02 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələrini xahiş edib.

Azvision.az



Teqlər: DİN   Polis  





Xəbər lenti