Bu il Naxçıvanda 132 nəfər təltif olunub

  21 Dekabr 2019    Oxunub : 1737
Bu il Naxçıvanda 132 nəfər təltif olunub
"Prezident İlham Əliyevin sərəncamları ilə bu il Naxçıvan Muxtar Respublikanda 132 nəfər müxtəlif orden, medal və fəxri adlarla təltif olunub".
Azvision.az xəbər verir ki, bunu beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 21-də keçirilən onbirinci sessiyasında muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov deyib.

O qeyd edib ki, Naxçıvanın sosial-iqtisadi inkişafında və qazanılan nailiyyətlərdə xidməti olanların əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib.

V.Talıbov bildirib ki, 11 nəfər Prezident mükafatına layiq görülüb, 2 nəfərə ali hərbi və 1 nəfərə ali xüsusi rütbə verilib: "Həmçinin 22 nəfər Naxçıvan Muxtar Respublikasının fəxri adları, 14 nəfər Naxçıvan Muxtar Respublikasının nişanları ilə təltif edilib, 1 nəfər Naxçıvan Muxtar Respublikasının mükafatına, 3 gənc isə xüsusi aylıq təqaüdə layiq görülüb".

Azvision.az

Teqlər: Naxçıvan