Saat 12:00 - Ən fəal seçicilər hansı rayondadır?
Azvision.az xəbər verir ki, saat 12:00-a olan məlumata görə, ölkə üzrə seçici fəallığının ən yüksək olduğu dairə 2 saylı Şərur Seçki Dairəsidir. Bu seçki dairəsində 43 min 142 seçicidən 11 min 907 nəfəri (27.60 %) səsvermədə iştirak edib.
Bundan əlavə, saat 12:00-a olan məlumata əsasən, Azərbaycanda 4 milyon 972 min 356 seçicidən 898 542 nəfəri (18.01 %) səsvermə hüququndan istifadə edib.
Qeyd edək ki, bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Səsvermə səhər saat 08:00-da başlayıb, axşam saat 19:00-da başa çatacaq. Seçkilər zamanı respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək.
Elvin Abdulqədirov
Azvision.az