MSK katibi: “Hələlik neqativ rəy və fikir eşitməmişik”

  MSK katibi:  “Hələlik neqativ rəy və fikir eşitməmişik”
  23 Dekabr 2019    Oxunub:2807
“Bələdiyyə seçkiləri ilə bağlı kifayət qədər aktivlik var. Əvvəlki seçkilərlə müqayisədə namizədlərin sayında və siyasi partiyaların iştirakında aktivlik müşahidə olunur”

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib. Onun sözlərinə görə, seçici fəallığının artması bunu deməyə əsas verir ki, bələdiyyə seçkilərinə maraq artıb:
“Bildiyiniz kimi, seçki prosesini yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də izləyir. Beynəlxalq müşahidəçilər seçki ilə bağlı qənaətlərini bizimlə bölüşürlər. Hələlik neqativ rəy və fikir eşitməmişik. Hesab edirəm ki, onlar sonda qənaətə gəldikləri fikirləri bizimlə bölüşəcəklər”.

MSK katibi, həmçinin qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hələlik problem yaranmayıb: “Bununla əlaqədar bizə müraciət daxil olmayıb. Bütün məntəqələr məlumat oxuyan qurğu ilə təmin edilib. Hesab edirəm ki, heç bir problem və ya narazılıq yaranmayacaq”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Bələdiyyə  





Xəbər lenti