Bakıda ər arvadını döyərək öldürüb

   Bakıda ər arvadını döyərək öldürüb
  29 Dekabr 2019    Oxunub:3514
Bakıda 24 yaşlı qadın əri tərəfindən döyülərək öldürülüb.
Azvision.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib.

Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan, 1990-cı il təvəllüdlü Əliyev Yavər İlqar oğlu həyat yoldaşı, 1995-ci il təvəllüdlü Əliyeva Nuranə Fəyaz qızını qısqanclıq zəminində Zabrat qəsəbəsi, Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb yolun kənarına atıb.

Yaralı yoldan keçən şəxslərin köməkliyi ilə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

N.Əliyeva xəstəxanada dünyasını dəyişib.

Azvision.az


Teqlər: Qətl   Sabunçu  





Xəbər lenti