Bu gündən bir həftəlik bayram tətili başladı

  31 Dekabr 2019    Oxunub : 1479
 Bu gündən bir həftəlik bayram tətili başladı
Bu gündən ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar bir həftəlik tətil başlayıb.

Azvision.az xəbər verir ki, Azərbaycanda dekabrın 31-dən 2020-ci ilin yanvarın 6-a qədər qeyri-iş günü olacaq. Yanvarın 7-də bayram tətili başa çatacaq.
Qeyd edək ki, Baş Nazir Əli Əsədov iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında Qərar imzalayıb. Qərara əsasən, 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.

Azvision.az

Teqlər: Yeni-İl   Bayram   Tətil