Bu il qeydiyyata düşən ilk uşağa Cəlal adı qoyuldu

  05 Yanvar 2020    Oxunub : 2890
 Bu il qeydiyyata düşən ilk uşağa Cəlal adı qoyuldu
2020-ci ilin ilk günlərində doğulan uşaqlardan birinin adı qeydiyyata alınıb.
Ədliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, qeydiyyata alınan ilk oğlan uşağına Cəlal adı qoyulub.

Xatırladaq ki, Azərbaycanda 2020-ci ilin ilk körpəsi 4 nömrəli doğum evində anadan olub. Saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib. Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir.

Aytən Zəhra
Azvision.az

Teqlər: Uşaq   Ad   Körpə   Oğlan