394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

  05 Yanvar 2020    Oxunub : 1809
 394 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
"Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2264 namizəd müraciət edib".

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O bildirib ki, 462 nəfər 19 siyasi partiya, 16 nəfər təşəbbüs qrupları tərəfindən, 1786 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb.

MSK sədri qeyd edib ki, onlardan 2216 nəfərin namizədliyi təsdiq olunub, 1976 nəfər isə artıq imza vərəqələrini alıb. Bundan əlavə, namizədliyi qeydə alınanların sayı 394 nəfərə çatıb.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Parlament   Seçki