“Vəziyyətimin ağır olması ilə bağlı deyilənlər yalandır” - Flora Kərimova
“Durduğum yerdə başım gicəlləndi. Buna görə də müayinəyə getdim. Hər şey yaxşıdır. Sadəcə maraqlanırdım ki, baş gicəllənmələri nədən baş verir. Bilirsiniz ki, bir neçə il bundan qabaq insult keçirmişəm. Sağlamlığımı nəzarətdə saxlayıram. Amma vəziyyətimin ağır olması ilə bağlı deyilənlər yalandır. Qızım həmişə mənə deyir ki, hamı sensasiya dalınca qaçır, sensasiya da sənin dalınca. Zarafatla desək, məndən belə asanlıqla canınızı qurtara bilmərsiniz. Hələ bir az da dözməli olacaqsınız”, - deyə Xalq artisti qeyd edib.
Şahanə Rəhimli
Azvision.az
Teqlər: Xalq-artisti Flora-Kərimova