Sumqayıtda yataqxanadan 2 nəfərin meyiti tapıldı

  08 Yanvar 2020    Oxunub : 2926
 Sumqayıtda yataqxanadan 2 nəfərin meyiti tapıldı
Sumqayıt şəhərinin 18-ci məhəlləsində yerləşən yataqxanaların birində mənzildən 2 meyit tapılıb.
Azvision.az APA-ya istinadən xəbər verir ki, yataqxanada ətrafa üfunət iyi yayıldığını görən qonşular aidiyyəti qurumlara müraciət ediblər.

Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra öldüyü məlum olub. Ehtimal olunur ki, həmin şəxslər yeyib-içdikdən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törədiblər. Həmin şəxslərin məhz tüstüdən zəhərlənərək öldüyü məlum olub.

Meyitlərə baxış keçirilən zaman onların çürüdüyü və hadisənin 5 gün əvvəl baş verdiyi istisna olunmur.

Ölənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Bu, 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Yataqxana   Meyit