YAP-ın deputatlığa namizədləri ilə bağlı maraqlı STATİSTİKA
O, bildirib ki, YAP hər zaman gender bərabərliyi prinsiplərinə əməl edərək hakimiyyətin hər üç qolunda – qanunverici, icraedici və məhkəmə sistemlərində qadınların təmsil onunmasına xüsusi əhəmiyyət verib: "Bu dəfə də partiyamız ənənəsinə sadiq qalaraq 28 nəfər ictimai-siyasi cəhətdən fəal və öz sahəsində uğur qazanmış qadınlarımıza siyahısında yer verib.
Fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etmək üçün YAP-ın irəli sürdüyü namizədlərin sosial tərkibinin statistikası aşağıdakı kimidir:
Namizədin sayı: - 123 nəfər
Onlardan: Qadın - 28 nəfər
Kişi - 95 nəfər
Yaş qrupları üzrə: 18-35 yaş - 18 nəfər
36-45 yaş - 35 nəfər
46-60 yaş - 40 nəfər
60-dan yuxarı - 30 nəfər
Fəaliyyət sahələri üzrə: Dövlət sektoru - 32 nəfər
Milli Məclisin deputatı - 45 nəfər
Bələdiyyə üzvləri - 6 nəfər
Səhiyyə üzrə - 6 nəfər
Təhsil üzrə - 22 nəfər
Özəl sektor - 10 nəfər
Müvəqqəti işsiz - 2 nəfər
Təhsil üzrə: Ali - 123 nəfər
Elmi dərəcəlilər: Elmlər namizədi - 22 nəfər
Elmlər doktoru - 21 nəfər
YAP rayon (şəhər) təşkilat sədrləri: - 8 nəfər
Azvision.az