ABŞ-ın İraqdakı bazasına raket hücumu - Yaralılar var

  12 Yanvar 2020    Oxunub : 2966
 ABŞ-ın İraqdakı bazasına raket hücumu - Yaralılar var
İraqda amerikalı hərbçilərin olduğu “Bələd” bazası raket hücumuna məruz qalıb.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi bazanın ərazisinə 8 raket atılıb. Səlahəddin vilayətində yerləşən bazaya hücum nəticəsində 4 nəfər yaralanıb. Yaralıların iraqlı hərbçilər olduğu bildirilir.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Azvision.az

Teqlər: ABŞ   İraq