Ötən il 43 eskalator təmir edilib

  13 Yanvar 2020    Oxunub : 1509
Ötən il 43 eskalator təmir edilib
2019-cu ildə yeratı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb.Yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorları yerində təmiri mümkün olduğu təqdirdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təmir briqadaları tərəfindən qısa müddət ərzində işlək vəziyyətə salınır.
Qurumdan Azvision.az -a verilən məlumata görə, təmiri mümkün deyilsə ehtiyyat hissəsi xaricdən sifariş verilir. Sifariş çatdırılan kimi eskalatorlar təmir olunur.

2020-ci ilin əvvəlindən “Azneft dairəsi” və Sahil Metrostansiyası yaxınlığında, həmçinin Bayıl qəsəbəsində yerləşən piyada keçidlərinin sıradan çıxmış eskalatorları təmir edilib. Hazırda anoloji işlər bu kimi problemlər yaşanan digər keçidlərdə də aparılır.

Azvision.az

Teqlər: eskalator