Milli Kitabxanada “Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb

  14 Yanvar 2020    Oxunub : 1204
Milli Kitabxanada “Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb
Dekabrın 14-də M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin anadan olmasının 90 illiyi münasibətilə “Xoşbəxt Yusifzadə-90” adlı kitab sərgisi açılıb.
Azvision.az xəbər verir ki, sərgidə akademikin Azərbaycan və digər dillərdə nəşr olunmuş əsərləri, elmi məqalələri, rəyçisi və redaktoru olduğu, haqqında yazılmış kitablar, qəzet və jurnal materialları nümayiş olunur.

Qeyd edək ki, Xoşbəxt Yusifzadə Xəzər dənizində genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla aparılmasında və onun zəngin potensialının üzə çıxarılmasında müstəsna xidmətlər göstərib, Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazıb.

Azvision.az



Teqlər: XoşbəxtYusifzadə