Cavid Qurbanov: "Ötən il 1046 nəfər işə qəbul olunub"

  16 Yanvar 2020    Oxunub : 1297
 Cavid Qurbanov: "Ötən il 1046 nəfər işə qəbul olunub"
"Hazırda dəmir yolunda 18 min 170 nəfər çalışır. Ötən il 1046 nəfər işə qəbul olunub. İşə qəbul prosesi tam elektronlaşdırılıb. Mobil elektron test sistemi və elektron test mərkəzi istifadəyə verilib, başqa işə keçirilmə əməliyyatları mərkəzləşdirilib".
Azvision.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov qurumda keçirilən kollegiya iclasında deyib. Sədr bildirib ki, müxtəlif ali təhsil müəssisələrindən olan 1365 nəfər dəmir yollarında istehsalat təcrübəsi keçib.

"5341 əməkdaş müxtəlif təlimlərə cəlb olunub. Ötən il 51 əməkdaş “Fəxri dəmiryolçu” döş nişanı və pul mükafatı ilə təltif olunub. 49 nəfər isə “Əmək veteranı” adı verilib. 2015-ci illə müqayisədə əmək haqqı 103 % artırılaraq, 270 manatdan 549 manata qaldırılıb".



Azvision.az

Teqlər: ADY   Dəmiryolları