Fotoqrafın anasının öldüyü qəza ilə bağlı rəsmi məlumat

  21 Yanvar 2020    Oxunub : 1747
Fotoqrafın anasının öldüyü qəza ilə bağlı rəsmi məlumat
Yanvarın 20-də saat 19 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində qəsəbə sakini T.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən həmyerlisi Peykar Məcnunovanı vurub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən P.Məcnunova fotoqraf Səfiyar Məcnunun anasıdır.

Azvision.az

Teqlər: Yol   Qəza