Ermənistan ordusunun daha bir əsgəri yaralanıb

   Ermənistan ordusunun daha bir əsgəri yaralanıb
  24 Yanvar 2020    Oxunub:3156
Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində müxtəlif səbəblərdən xəsarət alan əsgərlərin sayı durmadan artır.
Azvision.az xəbər verir ki, ağır xəsarət almalarına baxmayaraq, həkimlərin və komandirlərin səhlənkarlığı səbəbindən müalicə olunmamaları da əsgər ailələrinin əlavə dərdinə çevrilib.

Erməni KİV-lərində yer alan məlumata görə, hərbi hissələrdən birinin əsgəri Qor Antapyan müəmmalı şəraitdə ayağından yaralanıb. Bu azmış kimi Q.Antapyan həkimlərin səhlənkarlığı səbəbindən müalicə olunmur. Əsgərin valideynlərinin dəfələrlə xahiş etmələrinə baxmayaraq, yaralı əsgər hərbi hospitala göndərilmir.

Hadisə ictimaiyyətdən gizlədilir və faktla bağlı heç bir araşdırma aparılmır.

Azvision.az



Teqlər: Ermənistan   Əsgər  





Xəbər lenti