Bakıda sərnişin avtobusu qəzaya düşüb

Bakıda sərnişin avtobusu qəzaya düşüb
  25 Yanvar 2020    Oxunub:2531
Bu gün səhər saat 08 radələrində “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 107 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 JL 290 DQN) avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Azvision.az -a verilən məlumata görə, hadisə Maştağa-Zabrat yolunda qeydə alınıb.

Belə ki, şəhər istiqamətində hərəkətdə olan avtobusun qarşısına əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı minik avtomobili çıxıb. Toqquşmadan yayınmaq üçün avtobusun sürücüsü manevr etmək istəsə də, yol sürüşkən olduğundan nəqliyyat vasitəsi idarəetməni itirib. Nəticədə avtobus yoldan kənara çıxıb. Qəza nəticəsində sərnişinlərdən bir neçə nəfərin yüngül xəsarət aldığı bildirilir.

Azvision.az



Teqlər: BNA  





Xəbər lenti