İsa Həbibbəylinin oğlu general-leytenant oldu - FOTO

 İsa Həbibbəylinin oğlu general-leytenant oldu -  FOTO
  30 Yanvar 2020    Oxunub:5297
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, ali xüsusi rütbə ilə təltif edilənlərdən biri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəylinin oğlu Səhət Həbibbəylidir. Prezidentin sərəncamı ilə ona gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib.

Qeyd edək ki, S.Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədridir. O, bu vəzifəyə 2019-cu ilin mart ayında təyin olunub.



Azvision.az


Teqlər: SəhətHəbibbəyli   General-leytenant  





Xəbər lenti