Magistratura üzrə yeni ixtisaslar yaradılıb

  30 Yanvar 2020    Oxunub : 2659
 Magistratura üzrə yeni ixtisaslar yaradılıb
Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, ali təhsilin magistratura səviyyəsində “Təbiət ixtisasları qrupu” bölməsində yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi, Rəqəmsal hökumət ixtisasları, eyni zamanda “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsində Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsində Dərman preparatlarının keyfiyyətinin təminatı istisasları yaradılıb.

Azvision.az

Teqlər: Magistratura