Yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlandı

 Yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlandı
  01 Fevral 2020    Oxunub:3014
Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş parlament seçkiləri ilə əlaqədar qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında məlumat verib.

MSK sədri bildirib ki, ümumilikdə, 65 min 766 yerli müşahidəçi qeydiyyatdan keçib: "Onlardan 4264-ü MSK-da qeydiyyatdan keçib, 61 502-si isə dairə seçki komissiyalarında akkreditasiyadan keçib".

Eyni zamanda, Milli Məclisə seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki   Parlament  





Xəbər lenti