Çindən Bakıya gələn 2 nəfər xəstəxanaya yerləşdirilib

  03 Fevral 2020    Oxunub : 2350
 Çindən Bakıya gələn 2 nəfər xəstəxanaya yerləşdirilib
1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən 1996 il təvəllüdlü Çin vətəndaşı sonuncu dəfə 19 yanvar tarixində ölkəsində olub.
Analizlərinin cavabı mənfidir, yəni hər hansı virus aşkarlanmayıb. Onun heç bir şikayəti yoxdur. Fevral ayının 4-də evə buraxılacaq.

Digər şəxs 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. O, Çində təhsil alır. Bakıya yanvarın 28-də gəlib. Heç bir şikayəti yoxdur, amma buna baxmayaraq, inkubasiya dövrü başa çatana qədər xəstəxanada saxlanılacaq.

Xüsusi tibb müəssəsinə yerləşdirilənlərin vəziyyəti yaxşıdır. Karantində qalma müddəti başa çatan kimi onlar evə buraxılacaqlar.

Aytən Zəhra
Azvision.az

Teqlər: TƏBİB