Aleksandr Başki: “Heç bir pozuntuya rast gəlmədik”

  09 Fevral 2020    Oxunub : 1319
 Aleksandr Başki: “Heç bir pozuntuya rast gəlmədik”
“Bugünkü seçkilər Azərbaycan qanunvericiliyinə və beynəlxalq öhdəliklərə uyğun olaraq keçirilir”.
Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsi sədrinin müavini, MDB PA müşahidə missiyasının üzvü Aleksandr Başkin deyib.

Onun sözlərinə görə, MDB PA-nın müşahidəçiləri bu gün bir sıra məntəqələrdə olublar: “Seçki məntəqələrində çox mehriban və sakit atmosfer diqqəti cəlb etdi. Bir-birinə rəqib olan müxtəlif partiyaların və namizədlərin çox sayda müşahidəçisi olmasına baxmayaraq, hansısa qarşıdurma və ya mənfi hal olmadı. Heç bir pozuntuya rast gəlmədik, şikayətlər yox idi. Seçicilərdən də şikayətlər olmadı. Qanunvericiliyin tələb etdiyi hər şey ciddi şəkildə yerinə yetirilir”.

Azvision.az

Teqlər: Seçki   Müşahidəçi   MDBPA