Türkiyə XİN-dən Azərbaycandakı seçkilərə dəstək

  09 Fevral 2020    Oxunub : 1223
 Türkiyə XİN-dən Azərbaycandakı seçkilərə dəstək
Fevralın 9-da Azərbaycanda keçirilən Milli Məclisə seçkilərə səsvermənin nəticələrinin qardaş Azərbaycana xeyirli olmasını arzu edirik.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, Türkiyə XİN seçkilərin bütün ölkə üzrə sabitlik şəraitində başa çatmasından məmnundur.

Bundan əlavə, nazirlik aidiyyəti qurumların seçkilərin demokratik və şəffaf keçirilməsi üçün əvvəldən göstərdikləri səyləri və Azərbaycan xalqının seçkidəki fəallığını təqdirəlayiq hal kimi qiymətləndirib.

Azvision.az

Teqlər: Türkiyə   XİN   Seçki