Rayonlarda 10 dərəcə şaxta olacaq
Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütünuna enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında arabir güclənən gilavar küləyi gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azvision.az
Teqlər: ETSN Hava Proqnoz Şaxta