Ərzulla Buludlu və Rəbiyyə Məmmədovanın xəsarət alması xəbəri yalandır - RƏSMİ

 Ərzulla Buludlu və Rəbiyyə Məmmədovanın xəsarət alması xəbəri yalandır -    RƏSMİ
  12 Fevral 2020    Oxunub:2644
“Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması ilə bağlı deyilənlər əsassızdır”.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, polisin təşəbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib, onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb.

Qeyd edək ki, adları çəkilən şəxslər ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında qanunsuz aksiyada iştirak ediblər.

Azvision.az


Teqlər: Polis  





Xəbər lenti