Öldüyü deyilən şəxs sağ imiş - MSK-dan açıqlama

  20 Fevral 2020    Oxunub : 2675
 Öldüyü deyilən şəxs sağ imiş - MSK-dan açıqlama
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 107 saylı Qazax seçki dairəsindən daxil olan müraciətə baxılarkən həmin dairənin 1 saylı məntəqəsində qeydə alınan və “o, sənin üçün ölüb, bizim üçün ölməyib” başlığı ilə paylaşılan video görüntüyə aydınlıq gətirilib.
Azvision.az -ın məlumatına görə, şikayəti araşdıran MSK üzvü Baxşeyiş Əsgərov deyib ki, videoda adı çəkilən şəxs sağdır.

“Sosial şəbəkələrdə yayılan “sənin üçün ölüb, bizim üçün ölməyib” kimi məşhur olan video da araşdırılıb. Müəyyən olunub ki, 1 saylı məntəqədə qeydiyyatda olan xanım sağdır və dünyasını dəyişməyib”.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK