Əslində neçə yaşınız var? - TEST

Əslində neçə yaşınız var? - TEST
  25 Dekabr 2013    Oxunub:21889
Bioloji yaşınızı təxmin etmək üçün AzVision.az-ın təqdim etdiyi aşağıdakı testdən keçin. Olduqca sadədir.
Məlumdur ki, pasportda göstərilən yaşla əsl bioloji yaş uyğun gəlməyə bilər. Məsələ təkcə xarici görünüşdə deyil, həm də orqanizmin müxtəlif sistemlərinin fəaliyyəti ilə bağlıdır. Kiminin 40 yaşında orqanizmi, 60 yaşlı bir insanın orqanizmi kimi işləyir, kiminin isə əksinə, 50 yaşında özünü 35 yaşındakı kimi hiss edir. Bəs sizin orqanizminiz necə? -Real yaşınızdan böyük və ya kiçik olduğunuzu testdə keçdikdən sonra biləcəksiniz.

1 Dəri

Bir əlinizin baş və şəhadət barmaqları ilə (çimdikləyirmişsiniz kimi) digər əlinizin ovucunun dərisini 5 saniyə tutub saxladıqdan sonra buraxın. Əmələ gəlmiş qat neçə saniyəyə itir?
а) 5 saniyəyə qədər – dərinizin 20 yaşı var;
b) 6–8 saniyə – 30 yaş;
c) 9–12 saniyə – 40 yaş;
ç) 13–15 saniyə – 50 yaş;
d) 16–19 saniyə – 60 yaş.
е) 19 saniyədən artıq – 70 və daha çox.

2. Əsəb sistemi

Bir nəfərdən 50 sm uzunluğu olan adi məktəbli xətkeşini sizin qarşınızda tutmasını xahiş edin. Xətkeş vertikal vəziyyətdə, “0” rəqəmi aşağı olmaq şərtilə yuxarı ucundan tutulmalıdır. Əlinizi xətkeşdən 10 sm aşağıda saxlayın. Köməkçiniz xətkeşi buraxan kimi ikibarmağınızla (baş və işarət) onu tutun. Barmaqlarınız hansı rəqəmin üzərindədir?

а) 20 sm. qədər – əsəblərinizin 20 yaşı var;
b) 30 sm – 30 yaş;
c) 35 sm – 40 yaş;
ç) 40 sm – 50 yaş;
d) 45 sm – 60 yaş.
е) Tuta bilmədiniz – 70 və daha çox.

3. Ürək və qan-damar sistemi

Ayaq üstə dayanaraq nəbzinizi ölçün. 20 dəfə (mümkün qədər tez-tez) oturub durun. Nəbzinizi bir də yoxlayın: nə qədər artıb.
а) 10 dəfə artıbsa – Ürək-qan-damar sisteminiz 20 yaşındadır;
b) 10–20 dəfə – 30 yaş;
c) 20–30 dəfə– 40 yaş;
ç) 30–40 dəfə – 50 yaş;
d) 40 dəfə və daha çox – 60 yaş.
е) Çətinliklə oturub -qalxırsınızsa – 70 və daha çox.

4. Əzəlnin gücü

Döşəmədə və ya möhkəm bir müstəvi üzərində arxası üstə uzanın, çiyin və kürəklərinizi yerdən ayırmağa çalışın(Press vəziyyəti) Beliniz bükülü vəziyyətdə olmalısınız. Belə bir vəziyyətdə əl və ayaqlarınızı hərəkət etdirməniz normaldır. Bu hərəkəti neçə dəfə təkrar edə bildiniz?

а) 40 dəfə– əzələ sisteminiz dayanıqlığına görə 20 yaşındadır;
b) 35 dəfə – 30 yaş;
c) 28 dəfə – 40 yaş;
ç) 23 dəfə – 50 yaş;
d) 15 dəfə – 60 yaş.
е) 12 dəfədən az – 65 yaşdan böyük.

5. Bağlar və vətərlər

Ayaq üstə düz dayanın, irəliyə doğru əyilin, dizləri qatlamaq da olar. Ovuclarınız hara dəyir?

a) Əlləriniz yerə dəydisə – 20 yaş;
b) Yalnız barmaqlarınızın ucu ilə toxuna bildiniz – 30 yaş;
c) Topuqlara qədər – 40 yaş;
ç) Dizlərdən bir qədər aşağı – 50 yaş;
d) Dİzlərinizə toxundunuz – 60 yaş;
е) Heç dizlərinizə belə toxuna bilmədinizsə – 70 yaş və daha çox.

6. Damarların vəziyyəti

Əllərinizi kürəynizin arxasında birləşdirməyə çalışın: bir əl aşağıdan, digəri çiyinin üzərindən. Necə alındı?
а) Barmaqlarınız asanlıqla biri-birinə keçdi - damarlarınızın 20 yaşı var;
b) Barmaqlar biri-birinə toxundu, lakin tutmaq mümkün deyil – 30 yaş;
c) Əlləriniz yaxınlaşdı lakin barmaqlar toxunmur – 40 yaş;
ç) Əllər kürəyin arxasındadır, lakin biri-birindən aralıdır – 50 yaş;
d) Əlləriniz güclə arxaya getdi – 60 yaş;
e) Hər iki əlinizi eyni vaxtda arxaya apara bilmirsiniz – 70 yaş.

7. Tənəffüs sistemi

Şam yandırın. Bir nəfəsə hansı məsafədən şamı söndürə bilərsiniz?

а) 1 metr – ağ ciyərlərinizin yaşı 20 -dir;
b) 80–90 sm – 30 yaş;
c) 70–80 sm – 40 yaş;
ç) 60–70 sm – 50 yaş;
d) 50–60 sm – 60 yaş;
e) 50 sm-dan az – 70 yaş və daha çox.

8. Müvazinət

Ətrafakılardan birinin sizə köməyi lazımdır. Rahatlayın, gözlərinizi yumun, bir ayağınızın üzərində durub digər ayağınızı o birinin dizinin üstünə qoyun. Köməkçinizdən saymasını xahiş edin. Belə bir vəziyyətdə nə qədər dayana bildiniz?

а) 30 saniyə və daha çox –20 yaş;
b) 25 saniyə – 30 yaş;
c) 20 saniyə – 40 yaş;
ç) 15 saniyə – 50 yaş;
d) 10 və daha az – 60 yaş.
е) heç dayana bilmirsiniz – 70 yaş və daha çox.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti