Yadigar Sadıqlının iddiası təmin olunmadı

Yadigar Sadıqlının iddiası təmin olunmadı
  25 Fevral 2020    Oxunub:2237
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Sadıqlı Yadigar Sadıq oğlunun müraciətinə baxılıb.
Azvision.az xəbər verir ki, müraciət barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayətçi pozuntuların olduğunu əsas gətirərək müraciətində həmin dairənin nəticələrinin ləğv edilməsini tələb edib: “Araşdırma nəticəsində müəyyən olunub ki, şikayətçinin müraciətində əks olunan hallar öz təsdiqini tapmayıb. Bu baxımdan dairə seçki komissiyası doğru qərara gəlib. Ona görə şikayət təmin edilməməli və DSK-nın qərarı qüvvədə saxlanılmalıdır”.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Seçki  





Xəbər lenti