Ov qaydalarını pozan 10 əcnəbi Azərbaycandan deportasiya edilib

  28 Fevral 2020    Oxunub : 1157
 Ov qaydalarını pozan 10 əcnəbi Azərbaycandan deportasiya edilib
Son ov mövsümündə Azərbaycanda 200-ə yaxın yerli vətəndaş ov qaydalarını pozub. Onlar əsasən ov silahından düzgün istifadə etmədikləri, qadağan olunmuş quş növlərini ovladıqları üçün saxlanılıblar. Ov qaydalarını pozan yerli vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada 1000 manatdan 2000 manata qədər cərimələniblər.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, ov qaydalarını pozan xarici vətəndaşların sayı 18 nəfərdir. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Belə ki, onlardan 10 nəfərinin Azərbaycandan deportasiya edilməsi üçün müvafiq qurumlara müraciət edilib.

Azvision.az

Teqlər: Ov   ETSN   Əcnəbi