Bakı Limanı dezinfeksiya tədbirlərinə başlayıb

  29 Fevral 2020    Oxunub : 954
Bakı Limanı dezinfeksiya tədbirlərinə başlayıb
Bakı Limanı ötən ilin sonunda Çində aşkar edilmiş koronavirus epidemiyasından qorunmaq məqsədi ilə gücləndirilmiş rejimində dezinfeksiya tədbirlərinə başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC məlumat yayıb.

Qeyd olunub ki, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində, Bakı Limanının İnzibati binaları (həm Bakıda, həm də Ələt qəsəbəsində yerləşən), bütün terminallar və anbarlarda dezinfeksiya tədbirləri həyata keçirilir.

Liman ərazisinə daxil olan sərnişinlər və yüklər mütləq şəkildə xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və yalnız yoxlanışdan sonra Liman ərazisinə girişə icazə verilir. Limanda daimi olaraq təcili tibbi yardım avtomobili də fəaliyyət göstərir.

Qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə (055) 450 78 84 nömrəli qaynar xətt fəaliyyət göstərir.

Azvision.az

Teqlər: Liman   Koronavirus