Maşından 2 kq-dan artıq heroin tapıldı

Maşından 2 kq-dan artıq heroin tapıldı
  06 Mart 2020    Oxunub:2350
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əasasında Salyan rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini S.Babayevin idarə etdiyi “Mitsubshi” markalı avtomobilin salonundan 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Sürücü və sərnişini, Naxçıvan şəhər sakini, əvvəllər məhkum olunmuş V.Babayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti