23 yaşlı qızın burun əməliyyatında ölməsinin ilkin səbəbi

  16 Mart 2020    Oxunub : 1002
 23 yaşlı qızın burun əməliyyatında ölməsinin ilkin səbəbi
Qaxda 23 yaşlı qızın burun əməliyyatında ölməsi ilə bağlı ilkin diaqnozun anafilaktik şok olduğu ehtimal olunur.
Bu barədə Azvision.az -a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, dəqiq məlumat ancaq ekspertizanın rəyindən sonra bilinəcək.

Qeyd edək ki, Balakən rayon sakini, 1997-ci il təvəllüdlü Rəyisə Layıcova burun çəpərinin deformasiyası ilə əlaqədar Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Xəstəxananın lor-həkimi Əkrəm İmaməliyev tərəfindən əməliyyat edilərkən qızın vəziyyəti cərrahiyyə masasında qəflətən pisləşib. Daha sonra R.Layıcova orada ölüb.

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: Qax   Xəstə   Əməliyyat