Şəmkirdə avtoxuliqanlıqlar saxlanıldı - FOTOLAR

  16 Mart 2020    Oxunub : 725
Şəmkirdə avtoxuliqanlıqlar saxlanıldı - FOTOLAR
Şəmkir rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan avtoxuliqanlıq hərəkətləri edən sürücüləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayon sakinləri, 22 yaşlı Elnur Teymurlu və Əli Alıyevin sürücülük hüququ olmadan idarə etdikləri “VAZ 2106” və “VAZ 2107” markalı avtomobillər ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdikləri məlum olub.



Hər iki şəxs barəsində Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.




Azvision.az

Teqlər: DIN