Daha bir qanuna dəyişiklik ediləcək

Daha bir qanuna dəyişiklik ediləcək
  17 Mart 2020    Oxunub:2009
Təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin dövlət ekoloji ekspertizasının keçirilməsi təklif edilir.
Azvision.az xəbər verir ki, bununla bağlı “İstehsalat və məişət tullantıları haqqında” qanuna dəyişiklik ediləcək.

Qanunun 7-ci maddəsinə (Bina, tikili, qurğu və digər obyektlərin layihələndirilməsi, tikintisi, yenidən qurulması, konservasiyası və ləğvinə aid tələblər) təklif edilən dəyişikliyə əsasən, təhlükəli və təhlükəsiz tullantıların zərərsizləşdirilməsi, emalı müəssisələrinin, habelə bu məqsədlə qurğuların, poliqonların layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Qanunda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı, həmin sənədin dövlət ekoloji ekspertizası keçiriləcək.

Layihə parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Qanun  





Xəbər lenti